Türkiyəli müğənni və aktrisa Hülya Avşarın Şimali Kiprdə verdiyi konsertdən əvvəl səhnəyə doğru yeridiyi görüntülər sosial şəbəkələrdə gündəm olub.
Avşarın paylaşımına şərh yazan aktyor Erkan Petekkaya “Yeriyə bilməyən qadın, ya da insan, bir canlı... amma yerimir” ifadələrini işlədib.

Bu sözlər maqazin mediasında Hülya Avşarın yerişinə ünvanlanan tənqid kimi təqdim olunub.

Mövzu ilə bağlı yayılan xəbəri sosial şəbəkə hesabında paylaşan Hülya Avşar isə Petekkayaya yumorla cavab verib.
“Erkan Petekkaya, çıxan xəbərlərə əsla üzülmə, mən çox əyləndim. Səni çox öpürəm”, – deyə Avşar bildirib.
Sənətçi ona dəstək verən izləyicilərinə də təşəkkür edərək, “Məni qoruyub müdafiə edən hər kəsə çox təşəkkür edirəm” sözlərini əlavə edib.

