Türkiyəli müğənni Çelik dostuna dəstək olmaq üçün getdiyi Kartal Lütfi Kırdar Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsində gördüyü münasibətdən təsirlənib.
Sənətçi sosial şəbəkə hesabındakı paylaşımında dövlət xəstəxanasının əməkdaşlarına göstərdikləri diqqət, qayğı və fədakarlığa görə təşəkkür edib.
Çelik minnətdarlığını qeyri-adi jestlə ifadə edərək, xəstəxana personalı istədiyi vaxt onlar üçün “növbətçi sənətçi” kimi pulsuz konsert verməyə hazır olduğunu bildirib.
Paylaşım sosial şəbəkələrdə müzakirə yaradıb. Bəzi istifadəçilər müğənninin sözlərini dəstəkləsə də, digərləri onu siyasi mövqe ilə əlaqələndirərək tənqid edib.

