Türkiyəli müğənni və aktrisa Hülya Avşar qızı Zehra Çilingiroğlu və keçmiş həyat yoldaşı Kaya Çilingiroğlu ilə erkən ad günü qeyd etməsində bir araya gəlib.
Üçlük restoranda görüşərək masaya gətirilən kiçik ad günü tortunun qarşısında birlikdə foto çəkdirib.
Sürprizi Zehra Çilingiroğlu və Kaya Çilingiroğlu təşkil edib. Hülya Avşar həmin anlardan çəkilən fotonu sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

Fotoda Zehra Çilingiroğlu anasının bir tərəfində, Kaya Çilingiroğlu isə digər tərəfində yer alıb. Qızına sarılan Avşar kamera qarşısında gülümsəyib.
Sənətçi paylaşımına “Erkən ad günü sürprizi. İkinizi də çox sevirəm” sözlərini yazaraq həm qızının, həm də keçmiş həyat yoldaşının sosial şəbəkə hesabını işarələyib.

