Yeni rolu üçün baş örtüyü taxan Hülya Avşarın açıqlamaları müzakirələrə səbəb olub.
Aktrisa “Aynı Yağmur Altında” serialındakı rolu ilə bağlı danışarkən baş örtüyü haqqında səsləndirdiyi fikirlərlə sosial mediada geniş rezonans doğurub.

Hülya Avşar bildirib ki, baş örtüyü olduqca zərif və şık görünə bilir:
“Elə şık ola bilir ki, bunu gündəlik həyatda da istifadə etmək mümkündür. Baş örtüyünü başını örtməyən insanların da taxdığını görürük. Mən də bunu gündəlik həyatıma inteqrasiya edə bilərəm, çünki çox şıkdır”.
Bu fikirlərin yayılmasından sonra sosial şəbəkə istifadəçilərinin reaksiyaları gecikməyib. Bir çox istifadəçi aktrisanı tənqid edib.

