İstanbulda futbolçu Kubilay Kaan Kundakçının qətli ilə bağlı məhkəmə prosesi başa çatıb. Aleyna Kalaycıoğlu barəsində bəraət hökmü çıxarılıb, Alaattin Kadayıfçıoğlu isə ömürlük həbs cəzasına məhkum edilib.
Oktyabrın 16-da keçirilən məhkəmə iclasından sonra təxminən 7 aydır həbsdə olan Aleyna Kalaycıoğlu azadlığa buraxılıb. Onu həbsxananın qarşısında anası Zuhal Kalaycıoğlu qarşılayıb. Anasına sarılan Kalaycıoğlu göz yaşlarını saxlaya bilməyib.

Qətlə yetirilən futbolçunun ailəsi isə bəraət qərarına etiraz edib. Mərhumun anası Ülkər Kundakçı oğlunun ölümündə Aleyna Kalaycıoğlunu günahlandırıb.
Xatırladaq ki, hadisə martın 19-da İstanbulun Ümraniye rayonunda baş verib. Musiqi studiyasının qarşısında yaranan mübahisə zamanı avtomobilə atəş açılıb. Ağır yaralanan futbolçu Kubilay Kaan Kundakçı xəstəxanada həyatını itirib.

