Ankarada Türkiyə Bələdiyyələr Birliyinin iclasında kütləvi dava baş verib. "Bir Gün" nəşrinin yazdığına görə, hər şey həbsdə olan İstanbulun sabiq meri Əkrəm İmamoğlunun məktubunun oxunacağının elan edilməsi ilə başlayıb.
Nəşr bildirir ki, Əkrəm İmamoğlunun məktubu oxunan zaman zalda mübahisə yaranıb və bu, davaya çevrilib.
İştirak edənlərin bir qismi buna kəskin reaksiya verib, əvvəlcə sözlü mübahisə başlayıb, sonra isə dava ilə nəticələnib. İclası dayandırmaq məcburiyyətində qalıblar. Həmin anda təşkilatın yeni rəhbərliyi seçilirdi.
2025-ci ilin mart ayında Türkiyə hakimiyyəti korrupsiya istintaqı çərçivəsində İmamoğlunun və İstanbul meriyasının təxminən 100 əməkdaşının saxlanılmasına icazə vermişdi. Saxlanmadan sonra İstanbulda etiraz aksiyaları başlayıb və polis ilə toqquşmalara çevrilmişdi. Martın 23-də məhkəmə İmamoğlunu həbs edib.
Baş Prokurorluq onun 2352 il həbs cəzasına məhkum edilməsini tələb edib.

