Ekranların sevilən siması Aleyna Solaker şəxsi həyatında ən xoşbəxt “hə” cavabını verib.
Uğurlu aktrisa bir müddətdir münasibətini gözdən uzaq yaşadığı iş adamı Berk Boyacıgildən evlilik təklifi alıb.
Romantik təklif Fəthiyənin möhtəşəm gün batımı mənzərəsi fonunda baş tutub. Berk Boyacıgil aktrisaya sanki nağıl kimi bir atmosferdə evlilik təklifi edib.
Aleyna Solaker bu xoş anla şəxsi həyatında yeni mərhələyə qədəm qoyub.





