Türkiyəli məşhur aktrisa Elçin Sangu dördillik fasilədən sonra televiziya ekranlarına qayıtmağa hazırlaşır.
Aktrisa Ertan Sabanla birlikdə yeni “Cevher” serialında baş rolu canlandıracaq.
Sangu qeyri-adi zəkası və rəngarəng xarakteri ilə seçilən Cevher obrazına həyat verəcək. Ertan Saban isə intizamlı polis komissarı Mert Kara rolunda tamaşaçıların qarşısına çıxacaq.

Fransanın məşhur High Intellectual Potential serialı əsasında hazırlanan ekran işi fərqli dünyalara mənsub iki insanın yollarının kəsişməsindən bəhs edir.
SHOW TV-də yayımlanacaq serialın istehsalını “Fabrika Yapım” şirkəti həyata keçirir. Layihənin prodüseri Öner Arslanel, rejissoru Yüksel Aksu, ssenari müəllifi isə Burcu Yılmazdır.

Yeni serialın yaxın zamanda tamaşaçılara təqdim olunacağı gözlənilir.

