Bazar ertəsi axşamları yayımlanan və baş rollarında Mert Ramazan Demir, Melis Sezen, Salih Bademci və Mina Demirtaşın yer aldığı serial ekranlarla vidalaşmağa hazırlaşır.
32 milyonluq büdcə də xilas etmədi
Son dövrlərin ən bahalı layihələrindən biri hesab olunan “Delikanlı” serialının büdcəsinin təxminən 32 milyon lirə olduğu bildirilirdi.
Lakin yüksək maliyyətə baxmayaraq serial gözlənilən reytinq nəticələrini verə bilməyib.
Layihənin prodüseri Onur Güvenatam olsa da, yayımçı kanal və istehsal şirkəti serialın erkən final etməsi barədə ortaq qərar qəbul edib.
Rejissor dəyişikliyi də nəticə vermədi
Jurnalist Birsen Altuntaşın məlumatına görə, serialın yaradıcı heyətində də dəyişiklik yaşanıb.
Belə ki, rejissor Zeynep Günay 5-ci bölümdən sonra layihədən ayrılıb və yerini başqa rejissora verib.
Bununla belə, serial tamaşaçı itkisini dayandıra bilməyib.
Ssenarisi Aybike Ertürk tərəfindən yazılan layihənin hazırda 6-cı bölüm çəkilişləri davam edir.
“Delikanlı” serialı 7-ci bölümlə final edəcək.

