“Daha 17” serialında güclü qadın obrazını canlandıran Nəsrin Cavadzadə yeni rolu ilə bağlı həyəcanını bölüşüb.
Aktrisa bildirib ki, serialda Şebnem obrazını canlandırır və ilk dəfə ana rolunda çıxış edir.
“Şebnem obrazı ilə ilk dəfə bir ananı oynayıram. Çox həyəcanlıyam. Serial bir ailənin və sirlərin üzə çıxması hekayəsindən bəhs edir. Ssenarimizə güvənirik və layihənin uzunömürlü olacağına inanırıq”, — Cavadzadə qeyd edib.

Pastel Film imzalı “Daha 17” serialının prodüserliyini Yaşar İrvül və Efe İrvül həyata keçirir.
Serial bazar axşamları Kanal D ekranlarında tamaşaçılarla görüşür.

