Türkiyəli məşhur aktrisa Gupse Özay “Deliha” filmlərindəki rolu üçün iki dəfə 23 kilo kökəldiyini və bunun ardından ciddi sağlamlıq problemləri yaşadığını açıqlayıb.
Aktrisa bu barədə Ayşe Armanın proqramında danışıb.
Özay bildirib ki, 2014-cü ildə ekranlara çıxan ilk “Deliha” filmindən sonra aldığı kilolardan qurtula bilsə də, 2018-ci ildə çəkilən ikinci filmdən sonra arıqlamaq mümkün olmayıb.
O, artıq çəkidən xilas olmaq üçün Tailandda detoks düşərgəsinə qatıldığını, lakin bunun da nəticə vermədiyini söyləyib.
“Həkim analizlərimə baxdı. TSH göstəricim 185 çıxmışdı. Həyatım alt-üst olmuşdu, məhv olmuşdum”, – deyə aktrisa həmin dövrü xatırlayıb.

Gupse Özay mədəaltı vəzi və qan şəkəri ilə bağlı problemlər yaşadığını da açıqlayıb.
Aktrisa bu hadisələrdən sonra rolları naminə bir daha belə ciddi fiziki dəyişikliklərə getmədiyini bildirib.
Bununla belə, o, “Deliha” filmləri üçün verdiyi qərardan peşman olmadığını vurğulayıb:
“O vaxt etmişik, yaxşı ki də etmişik”.

