Türkiyəli aktrisa Eda Ece evlilik və analıqdan sonra aktyorluq karyerasında özü üçün müəyyən etdiyi sərhədlərdən danışıb.
Buğrahan Tuncerlə ailə qurduqdan və ana olduqdan sonra rol seçimlərinə daha diqqətlə yanaşdığını deyən aktrisa bəzi səhnələrdə artıq çəkilmədiyini bildirib.
“Öpüşmə səhnəsində çəkilmirəm, açıq səhnələrdə oynamıram. Dekolteli geyimlər də geyinmirəm”, – Eda Ece deyib.
Aktrisa Kaan Yıldırımla baş rolu paylaşdığı “Netflix” istehsalı romantik filmdən də danışaraq həmin layihədə də öpüşmə və açıq səhnələrin olmadığını qeyd edib. Onun sözlərinə görə, film buna baxmayaraq tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Eda Ece qərarlarının tamamilə şəxsi seçim olduğunu vurğulayıb və belə səhnələrdə çəkilən həmkarlarını tənqid etmədiyini bildirib.
“Bunu edənləri qınamıram. Onlar edə bilərlər, mən isə etmirəm”, – aktrisa əlavə edib.
Ece karyerasında qəbul etdiyi layihələr və oynadığı səhnələrlə bağlı özünəməxsus sərhədlərinin olduğunu bildirib.


