Türkiyəli məşhur müğənni Yıldız Tilbenin bank hesabındakı milyonlarla lirənin onun xəbəri olmadan faizə qoyulduğu iddia edildi.
“Gel Konuşalım” proqramında çıxış edən aparıcı Seray Sever bildirib ki, müğənni bankda unutduğu pulların faiz gəliri gətirdiyini öyrəndikdə buna sərt reaksiya verib.
Severin sözlərinə görə, bank əməkdaşı Yıldız Tilbenin hesabındakı milyonlarla lirəni onun xəbəri olmadan faizli əmanətə yerləşdirib.

“Mən bu pulu götürmərəm, məni günaha batırırsınız!” – deyə müğənni etiraz edib.
Seray Severin iddiasına əsasən, Yıldız Tilbe faizdən əldə olunan pulları qəbul etməyərək onları kisələrə doldurub və ehtiyacı olan insanlara şəxsən paylayıb.
Xeyriyyəçilik fəaliyyəti ilə də tanınan sənətçi bir müddət əvvəl Qəzzada həyata keçirilən çadır şəhərciyi layihəsinə 300 min dollar (təxminən 13 milyon lirə) ianə etməsi ilə də gündəmə gəlmişdi.

