Türkiyəli məşhur müğənni Yıldız Tilbe süni intellekt vasitəsilə hazırlanan, öz görüntülərinin yer aldığı saxta foto və videolara sərt reaksiya verib.
Sənətçinin görüntüləri süni intellekt proqramları vasitəsilə müxtəlif foto və videolara əlavə olunaraq sosial şəbəkələrdə yayılıb. Bu materiallardan bəziləri birbaşa onun telefonuna göndərilib.
Eyni məzmunlu görüntülərin davamlı olaraq ona göndərilməsindən narahat olan Yıldız Tilbe sosial şəbəkə hesabında izləyicilərinə müraciət edib.

“İnsanların süni intellektdən istifadə edərək mənim görüntülərimi müxtəlif foto və videolara əlavə etməsindən çox bezmişəm. Süni intellektinizdən bezmişəm. Artıq mənə belə videolar göndərməyin”, – deyə müğənni bildirib.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə diqqət çəkib.

