Türkiyədə rusiyalı komediya ustası Maksim Qalkinin oktyabrın 25-də İstanbulda keçirilməsi planlaşdırılan konsertinə qarşı etiraz kampaniyası başlayıb..
Bildirilir ki, sosial şəbəkələrdə yüzlərlə istifadəçi sənətçinin çıxışının ləğv edilməsini və onun Türkiyəyə girişinə ömürlük qadağa qoyulmasını tələb edib.

Türkiyənin hökumətyönlü “Yeni Şafak” qəzeti Qalkinin Rusiya-Ukrayna münaqişəsinə münasibətini və İsraillə bağlı açıqlamalarını tənqid edib.
Nəşrin iddiasına görə, sənətçi bir tərəfdən sülhü dəstəklədiyini bildirsə də, digər tərəfdən Qəzza zolağındakı hadisələr fonunda İsrailə dəstək nümayiş etdirir.
Konsertin ləğvi çağırışlarına sosial şəbəkə istifadəçiləri və bloqerlər də qoşulublar. Onlar İstanbulun yerli hakimiyyət orqanlarına, Türkiyənin Daxili İşlər Nazirliyinə, Mədəniyyət Nazirliyinə və Prezident Administrasiyasına müraciət edərək məsələyə müdaxilə olunmasını istəyiblər.
Qeyd edək ki, Maksim Qalkin Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agentlər siyahısına daxil edilib.

