Məşhur müğənni Alla Puqaçova ictimaiyyət qarşısında əsaya söykənmiş halda görünüb. Sənətçinin fotosunu pərəstişkarlarından biri sosial şəbəkədə paylaşıb.
Şəkildə Alla Puqaçova həyat yoldaşı, komediyaçı Maksim Qalkin ilə birlikdə əks olunub. Fotoda müğənninin sağ əli ilə əsaya söykəndiyi görünür.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Alla Puqaçova Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb.
Hazırda cütlük müxtəlif ölkələrə səyahət edir. Onları Latviya və Fransada görənlər olub. Bununla belə, əsas yaşayış yerləri İsraildir. Cütlüyün uşaqları burada özəl gimnaziyada təhsil alır.

Məlumata görə, Puqaçova və Qalkin həm İsrail pasportuna, həm də Kipr vətəndaşlığına malikdirlər.

