Bir vaxtlar milyonlarla tamaşaçının maraqla izlədiyi “Yaprak Dökümü” serialının Şövkəti illər sonra dəyişən görünüşü ilə gündəmə gəlib.
2006–2010-cu illərdə yayımlanan serialda Caner Kurtaranın ayrılmasından sonra Şövkət obrazını canlandıran 45 yaşlı Hasan Küçükçetinin 16 il ərzindəki dəyişikliyi diqqət çəkib.

Serialda qısa qara saçları və saqqalsız görünüşü ilə yadda qalan aktyor indi ağarmağa başlayan saçları və bığı ilə tanınır.
Hasan Küçükçetin “Muhteşem Yüzyıl” və “Diriliş Ertuğrul” kimi məşhur seriallarda da rol alıb.

