“Yahşi Cazibe” serialında canlandırdığı Simge obrazı ilə yadda qalan Hande Katipoğlu uzun fasilədən sonra yenidən ekranlara qayıdıb. Aktrisanın illər ərzində dəyişən görünüşü isə sosial şəbəkələrdə diqqət çəkib.

2010–2012-ci illərdə yayımlanan “Yahşi Cazibe” serialında Hakan Yılmazın canlandırdığı Kemalın sevgilisi Simge rolunda çıxış edən Katipoğlu xüsusilə “Mağdurum da mağdurum” sözləri ilə tamaşaçıların yaddaşında qalıb.

Hande Katipoğlu daha sonra “Pis Yedili”, “Paşa Gönlüm”, “Kalbim Ege’de Kaldı”, “N’olur Ayrılalım”, “Jet Sosyete” və “Tutunamayanlar” kimi layihələrdə rol alıb.

Bir müddətdir ekranlardan uzaq qalan aktrisa indi Fikret Kuşkan, Hande Soral, İlayda Alişan, Seçkin Özdemir, Yusuf Çim, Nil Sude Albayrak, Berk Bakioğlu, Ferit Aktuğ və Anıl Çelikin də yer aldığı “Evlilik Güzeldir” serialı ilə tamaşaçı qarşısına çıxıb.
“Yahşi Cazibe”də sarı saçları ilə yadda qalan Hande Katipoğlu yeni serialda qısa qəhvəyi saçları və daha sadə görünüşü ilə diqqət çəkib.
Aktrisanın dəyişimini görən sosial şəbəkə istifadəçiləri “Tamamilə başqa insana çevrilib”, “Heç tanımadım”, “Doğrudanmı odur? Danışığı isə hələ də eynidir” və “Nə qədər dəyişib” kimi şərhlər yazıblar.


