Oktyabrın 16-da “Netflix” platformasında yayımlanan “Organize İşler: Karun Hazinesi” serialı sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.
Səkkiz bölümdən ibarət serialda Asım Noyan obrazını yenidən canlandıran və layihənin rejissoru olan Yılmaz Erdoğan tənqidlərin hədəfinə çevrilib.
Narazılığa səbəb serialda türk və Orta Asiya ənənələrində müqəddəs sayılan, şamanizm mədəniyyətinə aid kam davulunun narkotik ticarəti ilə məşğul olan qrupların əlində göstərilməsi olub.
Sosial şəbəkə istifadəçiləri bu səhnəni türk mədəniyyətinə hörmətsizlik kimi qiymətləndirərək Yılmaz Erdoğanı və yaradıcı heyəti sərt tənqid ediblər.
Yayılan məlumatlara görə, etirazlardan sonra Yılmaz Erdoğanın “X” sosial şəbəkəsindəki hesabı dayandırılıb.
Lakin hesabın istifadəçi şikayətləri nəticəsində bağlandığı, yoxsa müvəqqəti məhdudlaşdırıldığı barədə hələlik rəsmi açıqlama verilməyib.

