Məşhur türkiyəli komediyaçı Cem Yılmaz Çanaqqalanın Ayvacık rayonundakı evində qəfil pisləşərək xəstəxanaya yerləşdirilib. O, sinə ağrısından şikayət etdikdən sonra təcili tibbi yardım çağırıb.
Əvvəlcə Ayvacık Dövlət Xəstəxanasına aparılan Cem Yılmaz daha sonra Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb. Burada professor Ercan Akşit tərəfindən anjioqrafiya əməliyyatına alınıb.
Həkimin açıqlamasına görə, Cem Yılmaz ürəyin ön hissəsini əhatə edən ciddi infarkt keçirib. Təxminən 40 dəqiqə davam edən müdaxilə zamanı problemli damara balon və stent tətbiq olunub. Hazırda onun vəziyyəti stabildir və iki gün ərzində reanimasiyada nəzarətdə saxlanılması planlaşdırılır.

Cem Yılmazın qardaşı Can Yılmaz da sosial şəbəkədə açıqlama verərək onun vəziyyətinin yaxşı olduğunu və müdaxilənin vaxtında həyata keçirildiyini bildirib.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu da komediyaçının ümumi vəziyyətinin yaxşı olduğunu və müalicəsinin koronar reanimasiyada davam etdiyini açıqlayıb.

