Məşhur türk komediyaçı Cem Yılmaz diş müalicəsindən sonra küçədə gəzərkən maraqlı hadisə ilə üzləşib.
Narkozun təsiri altında olduğunu və danışa bilmədiyini bildirən Yılmaz avtomobilinə minmək istədiyi anda ona yaxınlaşan dilənçi pul istəyib.
Lakin Cem Yılmaz heç bir cavab vermədən yoluna davam etdikdən sonra dilənçi əsəbiləşib.

Snob Magazin-in yaydığı görüntülərə görə, istədiyi yardımı ala bilməyən dilənçi Cem Yılmazın arxasınca yüksək səslə:
Bir yardım et də, Allah bəlanı versin! - deyə qışqırıb.

