Türkiyənin məşhur “Kızılcık Şerbeti” serialında Apo və Alev obrazlarını canlandıran Settar Tanrıöğenlə Müjde Uzman yenidən eyni layihədə bir araya gəlirlər.
Ekranlarda bu mövsüm yayımlanmağa başlayan “Tuzlu Kahve” serialı yeni bölümündə tamaşaçılara sürpriz hazırlayır.
Serialda Osman Aydınoğlu obrazını canlandıran Settar Tanrıöğenə keçmiş tərəf müqabili Müjde Uzman da qoşulacaq.

Xatırladaq ki, “Kızılcık Şerbeti”ndə Apo və Alevin sevgi hekayəsi uzun müddət tamaşaçılar arasında müzakirələrə səbəb olmuşdu.
İki məşhur aktyorun yenidən eyni layihədə yer alması diqqət çəkib.

