“Kızılcık Şerbeti” serialında Fatih obrazını canlandıran Doğukan Güngör bir müddət əvvəl narkotiklə bağlı araşdırma çərçivəsində saxlanılması və test nəticələrinin pozitiv çıxması ilə gündəmə gəlmişdi. Bu səbəbdən onun serialdakı rolu qəfil qərarla dayandırılmışdı.
Məlumata görə, araşdırma çərçivəsində adı hallanan aktyor test nəticələrindən sonra layihədən ayrılmağa məcbur olub. Daha sonra isə yeni layihə ilə razılığa gələn Güngör Kanal D-də yayımlanacaq “Haysiyyət” serialı ilə yenidən tamaşaçı qarşısına çıxmağa hazırlaşır.
Hazırda yeni rolu üçün hazırlıqlarını davam etdirən aktyor Harper’s Bazaar tədbirində kameralara tuş gəlib. Onun son görüntüsü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İstifadəçilər aktyorun görünüşü ilə bağlı “Nə olub?”, “İdman etməlidir” və “Xeyli çəki alıb” kimi çoxsaylı şərhlər yazıblar.

