25 
iyn
2023
12:22
371

Lahıc yolunda maşın dərəyə aşıb, bir nəfər ölüb

25 iyn, 2023
12:22
371

Lahıc yolunda maşın dərəyə aşıb, bir nəfər ölüb

Dünən Lahıc yolunda ağır qəza baş verib.

Den.az xəbər verir ki, İsmayıllı rayonu Namazgah kənd sakini, 1992-ci il təvəllüdlü Həsən Etiraf oğlu Mirzəzadə idarə etdiyi “Mersedes Benz E190” markalı avtomobilə idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Sürücü H.Mirzəzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar