“Səki zəbt olunub, piyadalar ölüm yoluna çıxır” .
Denmedia.az xəbər verir ki, Sumqayıtın İsmət Qayıbov küçəsində transformator təhlükəsi sakinləri ciddi narahat edir.
Sakinlərin sözlərinə görə, piyada səkisinin bir hissəsinin üzərində quraşdırılan transformator insanların sərbəst hərəkətinə maneə yaradır. Problem uzun müddətdir davam edir və məsələ ilə bağlı dəfələrlə Azərişıq ASC-yə müraciət edilib. Qurum tərəfindən problemin həll olunacağı ilə bağlı vədlər verilsə də, indiyədək hər hansı konkret addım atılmayıb. Ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, küçədə avtomobil hərəkəti intensiv olduğundan piyadaların yolun hərəkət hissəsinə çıxması qəza riskini daha da artırır. Xüsusilə axşam saatlarında vəziyyətin daha təhlükəli olur.
Sakinlər aidiyyəti qurumlardan məsələni təcili şəkildə nəzarətə götürməyi, transformatorun yerinin dəyişdirilməsini və piyadaların təhlükəsiz hərəkəti üçün şərait yaradılmasını tələb edirlər. Azərişıq ASC-dən isə həmin yerə baxış keçirilib və bir həftə ərzində onun başqa əraziyə köçürülməsi ilə bağlı tədbir görüləcək.
Ellada Rəsul
Denmedia.az

