Paytaxtın Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
AYNA-dan Denmedia.az-a verilən xəbərə görə, məhdudiyyət səbəbindən 20, 55 və 104 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
Dəyişikliyə əsasən:
- 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə dəyişdirilib;
- 55 nömrəli marşrutun son dayanacaq məntəqəsi Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib;
- 104 nömrəli marşrutun hərəkəti 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.

