Bakıda 49 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bununla əlaqədar 49 nömrəli avtobusun hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Bildirilib ki, təmir işləri başa çatanadək marşrutun son dayanacağı Asif Əsədullayev küçəsində, Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığında yerləşəcək.

