Bakının Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, məhdudiyyət səbəbindən 133 və 170 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri dəyişdirilib.
Təmir işləri yekunlaşanadək 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin edilib.
170 nömrəli marşrut üzrə avtobuslar isə müvəqqəti olaraq Binəqədi qəsəbəsinin Fəhlə küçəsi ilə hərəkət edəcək.

