Bakıda 50 və 64 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemi müvəqqəti dəyişdirilib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Məhdudiyyət səbəbindən 50 və 64 nömrəli avtobusların hərəkəti müvəqqəti olaraq Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.

