Oktyabrın 19-dan Bakıda “20 Yanvar” metrostansiyası və “Şamaxinka” kimi tanınan ərazi yaxınlığında bir sıra avtobus marşrutlarının hərəkət sxemi və dayanacaqlarının yeri dəyişdiriləcək.
Dəyişikliklər sərnişinlərin avtobuslara daha rahat və maneəsiz minib-düşməsini təmin etmək məqsədi daşıyır.
Belə ki, 114A, 114B, 500, 503 və 508 nömrəli avtobuslar artıq Moskva prospektində yerləşən 14 saylı notariat ofisinin yaxınlığındakı mövcud dayanacaqda saxlamayacaq.
Bunun əvəzinə sərnişinlərin minib-düşməsi “20 Yanvar” metrostansiyasının çıxışları yaxınlığında həyata keçiriləcək. Növbəti dayanacaq isə “Şamaxinka” olacaq.
Bundan başqa, 156, 156A və 170 nömrəli avtobusların hərəkət sxemində də dəyişiklik ediləcək.
Oktyabrın 19-dan həmin marşrutlar üzrə avtobusların hərəkəti Əli Tağızadə küçəsi ilə təşkil olunacaq.

