7 fevral tarixindən Bakıda 32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, həmin marşrutlar artıq Kövkəb Səfərəliyeva küçəsi ilə hərəkət etməyəcək. Avtobusların hərəkəti ictimai nəqliyyat üçün ayrılmış xüsusi zolağın mövcud olduğu Pușkin küçəsi ilə təşkil olunacaq.
Dəyişikliklərin əsas səbəbi Kövkəb Səfərəliyeva küçəsində nəqliyyatın yüksək yüklənməsi olub. Bu isə avtobusların hərəkət intervalının artmasına və gecikmələrə səbəb olurdu. Yeni sxemin tətbiqi gecikmələrin qarşısını almağa və sərnişinlərə daha stabil xidmət göstərilməsinə imkan verəcək.

