iyl
2023
18:30
312

14 ildir vaqonda yaşayan ailənin ACI TALEYİ

5 iyl, 2023
18:30
312

14 ildir vaqonda yaşayan ailənin ACI TALEYİ - FOTO VİDEO

Sumqayıtda ana 41 yaşlı oğlunu, gəlnini və nəvələrini evdən qovub. 5 nəfərlik ailə 14 ildir vaqonda məskunlaşmağa məcbur qalıb. Ailə Sumqayıtda qeydiyyatda olsa da, son günlər gələn məktub onları məyus edib.


«Den.az» xəbər verir ki, 41 yaşlı Qiyamət Ağayev 5 nəfərlik külfəti ilə Sarıqaya Metallurq düşərgəsindəki vaqonda məskunlaşıb. Artrıq 14 ildir bu vaqonda yaşayır. Onlar Sumqayıt şəhər 13-cü mk-da öz ailəsi ilə birgə qeydiyyatda olsalar da, son günlər anası tərəfindən məhkəməyə verilərək qeydiyyatdan çıxarılıblar. İndi ailə qeydiyyatdan çıxarılandan sonra hara qeydiyyata düşəcəkləri barədə düşünür.


Ailə başçısı ikinci qrup əlil Qiyamət Ağayevdir. Həyat yoldaşı Rəsmiyyə Ağayeva ilə nigahdan olan 15 yaşında iki əkiz qızları Fatimə və Zəhra Ağayeva ,elcədə 17 yaşında oğlu Elməddin Ağayevlə 14 il bundan öncə öz anası Gülbuta Ağayeva tərəfindən yaşadıqları Sumqayıt şəhər 13-cü mk, ev 51 a, mənzil 17 -dən məcburi şəkildə qovulublar. Onlarla bərabər Atası Muğan Ağayev də həmin mənzildən çıxarılıb. Lakin bu vaxta qədər bir gündə olsun həmin mənzilə buraxılmayıblar. Son günlər onlara gələn məktub ailəni məsuy edib. Sən demə ana Gülbuta Ağayeva onları evdəki qeydiyyatdan da çıxarmaq üçün məhkəməyə müraciət edib. Hazırda Qiyamət Ağayev ailəsi ilə birgə nə edəcəyini bilmir.


Məsələ ilə bağlı oğlunu, gəlnini və nəvələrini evdən qovan ana ilə telefon əlaqəsi yaratdıq. Ana Gülbuta Ağayeva bildirib ki, evdən qovduğu oğlu onu tez tez döyürmüş və evin dolanışığına heç bir köməklik göstərmirmiş. Məhz ona görə də oğlunu, gəlini və 3 nəvəsini yaşadığı evdən qovub. Məhz illər sonra evdən qeydiyyat çıxarmasına səbəb isə onu oğlu tərəfindən narahat edilməsidir. Ana bildirdi ki, onlar heç vaxt o evə geri qaytarmayacaq və tezliklə məhkəmədə görüşəcəklər.


Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar