Abşeron-Xızı Regional Təhsil idarəsi "Balaca qonaq" layihəsinə start verib.
Bu barədə Den.az-a adı çəkilən qurumdan məlumat verilib.
Layihə çərçivəsində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ibtidai siniflərində, eyni zamanda məktəbəqədər təhsil müəssisəsilərində təhsilin ilk pilləsində təhsil alan ağıllı və nümunəvi balalarımızı təqdim edirik.
İlk qonağımız Qurbanova Xədicə Abşeron Rayonu Masazır kənd 30 saylı körpələr evi uşaq bağçasını bitirmiş, hal-hazırda Qubadlı rayon 1 nömrəli Xanlıq kənd tam orta məktəbində təhsil alır.
Xədicə balamız vətən müharibəsi qəhrəmanı, şəhid Qurbanov Mayıl Mayıs oğlunun qızıdır. Şəhidimizə Allahdan rəhmət diləyirik! İnanırıq ki, Xədicə qəhrəman atasının adına layiq böyüyərək vətənə xeyirli övlad olacaq.
#EduAz #AbşeronXızıRTİ #balacaqonaq #şagird
Abşeron-Xızı Regional Təhsil idarəsi tərəfindən "Balaca qonaq" layihəsinə start verilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.