Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə məktəblərin mikroəraziləri ilə bağlı 417 müraciət cavablandırılıb.I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanları vətəndaşlara açıqlanıb.
Bu barədə Den.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
2025-2026-cı tədris ili üzrə Abşeron-Xızı Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələrində birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı 417 vətəndaş müraciəti cavablandırılıb və müvafiq qaydalara uyğun şəkildə icra olunub.
Vətəndaşlar mikroərazilər üzrə ünvanların dəqiqləşdirilməsi ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə Çağrı Mərkəzinə (146-01 nömrəli) zəng edə, [email protected] elektron poçtuna müraciət ünvanlaya, Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşa bilərlər.
Vətəndaşların nəzərinə: Bu quruma mikroərazilərlə bağlı 417 müraciət edilib-FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.