Avstraliyada Morninqton yarımadasının sahilində keçmiş hərbi təyyarə havada başqa bir təyyarə ilə toqquşduqdan sonra dənizə düşüb.
Den.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Maunt-Martdan təxminən 12 km qərbdə, yerli vaxtla saat 14.45-də Port-Fillip körfəzində baş vermiş hadisəyə təcili yardım çağırılıb.
Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatı iki yüngül “ViperS-211 Marchetti” təyyarəsinin toqquşduğunu və bir təyyarənin suya düşdüyünü təsdiqləyib.
Həmin vaxt təyyarənin göyərtəsində iki nəfər olub.
İçərisində fərqli pilot və sərnişin olan ikinci təyyarə Essendon hava limanına salamat eniş edib.
Üç xilasedici helikopter su polisi və könüllü dəniz xilasetmə dəstələri ilə birlikdə hadisə yerində axtarış aparır. Bir neçə parça dağıntı aşkar edilib.
Avstraliya Dəniz Təhlükəsizliyi Təşkilatı səhərə qədər itkin düşən iki nəfərin axtarışlarını davam etdirəcək.
Avstraliyada iki təyyarə toqquşub, onlardan biri körfəzə düşüb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.