İspaniyanın Mayorka adasında “Ryanair” loukoster aviaşirkətinə məxsus sərnişin təyyarəsinda yanğın baş verib.
Den.az bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, insident Palma-de-Mayorka şəhər aerportunun ərazisində baş verib. Təyyarənin göyərtəsində alov meydana gəldikdən sonra içəridə olan sərnişinlər təşviş içində qəza çıxışından təyyarəni tərk etməyə başlayıblar.
Hadisə yerinə yanğın-mühafizə və polis dəstələri səfərbər olunub. Jurnalistlərin bildirdiyinə görə, hadisə nəticəsində 18 nəfər zərər çəkib.
“Onlardan altısı xəstəxanaya yerləşdirilib”, - deyə materialda qeyd olunur.
Yanğının səbəbləri barədə məlumat verilmir.