“Respublikaçılar Partiyasının liderləri Moskvanı danışıqlara razı salmaq üçün Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini irəli sürməyə hazır olduqlarını bəyan ediblər”.
Den.az xəbər verir ki, bu barədə “Politico” nəşri Nümayəndələr Palatasının spikeri Mayk Consona və Senatda çoxluğun lideri Con Tun istinadən məlumat verib.
“Prezident Vladimir Putin ağıllı olmaq və sülhə vasitəçilik etmək barədə ciddi danışmaq istəmədiyini nümayiş etdirdi. Düşünürəm ki, ona bir mesaj göndərməliyik. Bu, mənim fikrimdir”, – deyə Conson bildirib.
C.Tun deyib ki, o, Ağ Evlə danışıqlar masası arxasında ABŞ Prezidenti Donald Trampın mövqeyini gücləndirəcək və Ukraynada qan tökülməsinə son qoyacaq qanun layihəsi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edir.
Qeyd edək ki, iyunun sonunda Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmə