Türkiyədə 18 il əvvəl ərini güllələyərək öldürən, tutulduqdan sonra isə həbsxanadan qaçan qadın yaxalanıb.
Denmedia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Konya şəhərində baş verib.
Bildirilib ki, şübhəlini saxlayan polis əməkdaşları onun şəxsiyyət vəsiqəsinin saxta olduğunu müəyyənləşdirib. Barmaq izlərinin yoxlanmasından sonra saxlanılan şəxsin Fatma Sunqur olduğu məlum olub.
Araşdırmalar nəticəsində üzə çıxıb ki, Sunqur 2007-ci ilin iyununda evində həyat yoldaşı Özgür Sunquru tapança ilə qətlə yetirib. Daha sonra isə cəsədi 9 ay vanna otağında gizlədib.
Məlumata görə, həmin vaxt həbs olunan Sunqur bir müddət əvvəl həbsxanadan qaçıb. Onun barəsində axtarış elan olunub. Qadının ümumilikdə 18 il 8 ay 15 gün həbs cəzası olduğu bildirilir.
Hazırda nəzarətə alınan Fatma Sunqur polis bölməsindəki prosedurlardan sonra məhkəməyə göndəriləcək.Publika.az