Polşa Prezidenti Karol Navrotski ABŞ lideri Donald Trampı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apara bilən yeganə dünya lideri adlandırıb.
DenMedia.az xəbər verir ki, bu barədə o, Zet radiostansiyasına açıqlamasında bildirib.
“Prezident Donald Tramp azad dünyada Putinlə danışıqlar aparmaq qabiliyyətinə malik yeganə liderdir. Bu danışıqların istiqaməti, alətləri və Rusiyaya qarşı istifadə olunacaq stimullar onun şəxsi seçimidir”, — deyə Navrotski vurğulayıb.
Eyni zamanda, Polşa Prezidenti Putinlə vasitəçi qismində danışıqlara qoşulmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, yalnız Tramp bu missiyanı yerinə yetirə bilər və bu səylər dəstəklənməlidir.