Avropa İttifaqı ölkələrinin Rusiyadan qorxmasına əsas yoxdur, çünki Aİ-nin hərbi xərcləri Rusiyanın xərclərini üstələyir.
DenMedia.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban Kopenhagendə keçirilən Aİ liderlərinin sammiti ərəfəsində bildirib.
Onun sözlərinə görə, Aİ-də 400 milyondan çox əhali var, Avropanın ÜDM-i də Rusiyadan qat-qat yüksəkdir.
«Biz 27 ölkə olaraq Rusiyadan daha çox hərbi xərclər edirik. O halda niyə qorxuruq?» – deyə Orban vurğulayıb.
Daha əvvəl Orban bəyan etmişdi ki, Ukraynaya silah yardımı və onun Aİ-yə üzvlüyü məsələsində Macarıstan öz mövqeyindən dönməyəcək.
Bloomberg yazır ki, sammitdə Almaniya kansleri Fridrix Merslə Orban arasında gərginlik yaşanıb. Mers, Orbanı NATO təhlükəsizlik məsələlərinin müzakirəsini pozmaqda günahlandırıb.