ABŞ prezidenti Donald Trampın İsrailə qarşı misli görünməmiş diplomatik təzyiqi Qətərə endirilən zərbədən sonra Qəzzada atəşkəsin başlanğıc nöqtəsi olub. DenMedia.az xəbər verir ki, bu barədə Politico nəşri Ağ Ev və diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Tramp son hadisələr fonunda daha sərt və açıq danışmağa başlayıb. Dohaya hücumdan sonra sülh sazişinin imzalanması artıq qaçılmaz idi. Bu vəziyyət prezidentə İsrailə maksimal diplomatik təzyiq göstərmək imkanı yaradıb — və Tramp bu imkandan tam istifadə edib.
Ağ evin yüksək vəzifəli nümayəndəsi bildirib ki, Trampın təzyiqləri İsraili sülhə razı saldı.
Trampın 20 bənddən ibarət sülh planı həm İsrailin, həm də Qəzzadakı vəziyyətin sabitləşməsini hədəfləyir. Sazişə əsasən, İsrail girovları azad edəcək, radikal “HƏMAS” qüvvələri isə Qəzza zolağını tərk etməlidir.
Bununla belə, Ağ evdəki mənbələr planın tam şəkildə reallaşacağına şübhə ilə yanaşır.