İsrail hakimiyyəti ordusuna Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatını dayandırmağı tapşırıb.
DenMedia.az xəbər verir ki, bu barədə İsrailin hərbi radiosu "Qalei Tsahal" məlumat yayıb.
“Gecə saatlarında vəziyyətin qiymətləndirilməsindən və ABŞ nümayəndələri ilə aparılan danışıqlardan sonra siyasi rəhbərlik İsrail Müdafiə Ordusuna Qəzzadakı fəaliyyətini ‘minimuma endirmək’ və yalnız müdafiə xarakterli əməliyyatlar aparmaq göstərişi verib”, – deyə məlumatda bildirilir.
Radiostansiyanın qeyd etdiyinə görə, bu addım faktiki olaraq Qəzza şəhərinin ələ keçirilməsi əməliyyatının dayandırılması deməkdir.
Oktyabrın 3-də HƏMAS Trampın planına uyğun olaraq bütün əsirləri azad etməyə hazır olduğunu açıqlayıb. Həmçinin təşkilat Qəzzaya müstəqil fələstinli texnokratlardan ibarət idarə orqanının nəzarət etməsinə razılıq verib.
Bundan sonra ABŞ prezidenti Donald Tramp İsraili Qəzzaya aviazərbələri dərhal dayandırmağa çağırıb. Onun sözlərinə görə, bu, girovların təhlükəsiz çıxarılması üçün vacibdir.