ABŞ müdafiə naziri Pit Hegset bildirib ki, Ukraynada müharibə yaxın zamanda bitməzsə, Vaşinqton və müttəfiqləri Rusiyaya qarşı əlavə tədbirlər tətbiq edə bilər. DenMedia.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Əgər bu münaqişə tezliklə bitməzsə və sülh yolu tapılmazsa, ABŞ və tərəfdaşlar Rusiya üzərinə əlavə məsuliyyət və xərclər qoyacaq,” — deyə Hegset vurğulayıb.
Nazir əlavə edib ki, Ukrayna yaxın zamanda “atəş gücü”nü artıracaq, lakin bunun Tomahawk raketləri ilə bağlı olub-olmadığını dəqiqləşdirməyib.
Qeyd edək ki, Bloomberg məlumatına görə, Vladimir Zelenski 17 oktyabrda Donald Tramp ilə hava hücumundan müdafiə və raket tədarükü məsələlərini müzakirə edəcək.