DenMedia.az-ın məlumatına görə, beynəlxalq daşınmaz əmlak brokeri Savills-in hesabatına görə, Dubay dünyanın milyonerlər üçün ən cəlbedici şəhəri elan olunub.
Əmirliyin üstünlüyü bir neçə amillə izah olunur: irsi və kapital gəlirləri vergisinin olmaması, inkişaf etmiş infrastruktur, yüksək təhlükəsizlik səviyyəsi və çoxsaylı beynəlxalq məktəblər. Əlavə olaraq, 2 milyon dirhəm (təxminən 544 min dollar) sərmayə yatıranlara 10 illik “qızıl viza” verilməsi də şəhərin cazibəsini artırır.
Reytinqdə ikinci yeri Nyu-York, üçüncü yeri isə London tutub. Savills qeyd edir ki, Böyük Britaniyanın ağır vergi sistemi Londondakı premium daşınmaz əmlak bazarına mənfi təsir göstərib.
2024-cü ildə dünyada dollar milyonerlərinin sayı 680 min nəfər artıb, və proqnozlara görə, 2029-cu ilə qədər bu rəqəm 5 milyon nəfəri keçəcək.
Bloomberg-in məlumatına görə, 2022-ci ildə 4 min milyonçu Dubayda daşınmaz əmlak alıb, bu da həmin il dünyada ən böyük özəl kapital axını olub.

