ABŞ prezidenti Donald Tramp respublikaçıları hökumətin fəaliyyətindəki dayanmanı (şatdaunu) dərhal bitirməyə çağırıb.
DenMedia.az xəbər verir ki, məlumatı Reuters yayıb.
Senatorlarla səhər yeməyi zamanı Tramp “ölkəni yenidən açmağın vacibliyini” vurğulayıb və bunun “bu gün belə mümkün olduğunu”, yalnız “filibaster qaydasının ləğvini” tələb etdiyini bildirib.
Prezidentin fikrincə, bu taktika aradan qaldırılmasa, Konqres illərlə iflic vəziyyətində qala bilər. O əlavə edib ki, əvvəllər qanunverici orqan həmişə müvəqqəti maliyyələşdirmə uzadılmasına razılıq verib, bu dəfə isə belə hal ilk dəfə baş verir.
Filibaster — ABŞ Senatında qanun layihələrinin qəbulunu uzatmaq üçün istifadə edilən parlament taktikasıdır. Demokratlar bu üsulla hökumətin maliyyələşdirilməsi haqqında qanun layihəsini bloklayırlar. Qanunun qəbul edilməsi üçün ən azı 60 səsin dəstəyi tələb olunur.

