DenMedia.az yazır ki, ABŞ hökumətinin hazırkı fəaliyyətinin dayandırılması (şatdaun) ölkə tarixində ən uzunmüddətli fasilə kimi qeydə alınıb və əvvəlki rekordu artıq geridə qoyub.
Şatdaun Senatda hökumətin qısamüddətli maliyyələşdirilməsinə dair qanun layihəsinin 14-cü cəhddə də təsdiqlənməməsindən sonra davam edir. Qanunvericilər iclası başa vurub və məsələyə Vaşinqton vaxtı ilə səhər saat 10:00-da qayıdacaqlar.
Əvvəlki rekord 2018-ci il 22 dekabrdan 2019-cu il 25 yanvaradək, yəni 35 gün davam edən şatdaun idi — bu da Donald Trampın prezidentliyinin ilk dövrünə təsadüf etmişdi.
Rəsmi olaraq hökumət 1 oktyabrdan fəaliyyətini dayandırıb.
Hazırda yüz minlərlə dövlət qulluqçusu əməkhaqqısız qalıb, təxminən 1,5 milyon nəfər isə maaşlarını qismən alır. Əgər ABŞ büdcəsi 5 noyabra qədər razılaşdırılmazsa, bu şatdaun ölkə tarixində ən uzunu olacaq.

