Fransa hökuməti iş adamı Pavel Durovun hərəkətlərinə qoyulan bütün məhdudiyyətləri tam şəkildə ləğv edib. Bu barədə Bloomberg öz mənbəsinə istinadən məlumat yayıb. Qərar 10 noyabr tarixində qəbul olunub.
Məlumata görə, artıq Durov Fransadan sərbəst şəkildə çıxış edə bilər və yerli polis idarəsində müntəzəm qeydiyyatdan keçmək öhdəliyindən azaddır.

