DenMedia.az xəbər verir ki, telegram messencerinin təsisçisi Pavel Durov Astanadakı Digital Bridge forumunda çıxış edərək bildirib ki, süni intellekt (Sİ) cəmiyyətin strukturunu tamamilə dəyişəcək və ciddi çağırışlar yaradacaq.
IT sahibkarının sözlərinə görə, Sİ-yə yanaşma iki cür ola bilər: ya qorxu ilə, ya da bu texnologiyaya etimadla.
“Əlbəttə, Sİ bizə çoxsaylı çağırışlar atacaq, amma onları məhz Sİ-nin özü ilə həll etmək mümkündür”, – deyə Durov əlavə edib.