Telegram messencerinin həmtəsisçisi Pavel Durov ABŞ-ın mühafizəkar aktivisti Çarli Kirkin qətlinə Fransanın mümkün aidiyyəti ola biləcəyinə yol verib.
DenMedia.az xəbər verir ki, o, bunu amerikalı jurnalist Kendis Ouens tərəfindən Kirkin qatilinə dair məlumatların dərc olunmasına münasibət bildirərkən qeyd edib.
Durovun X platformasında yazdığı mesajda bildirilir:
“Çarli Kirkin Makronun Fransası haqqında dediyi hər şeyi araşdırdıqdan sonra Kendisin onun ölümünə Fransanın aidiyyəti barədə məlumatını tamamilə inandırıcı hesab edirəm.”

