“ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukraynadakı münaqişəyə son qoymaq üçün addım atmasını gözləyərkən səbri tükənir”.
Den.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib.
“Hərəkət etmək vaxtı çatıb. Düşünürəm ki, prezident bunu çox açıq şəkildə ifadə edib”, – deyə o bildirib.
Dövlət katibi qeyd edib ki, Tramp sülh razılaşmasına nail olmaq və Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir:
“Hazırda ABŞ prezidenti getdikcə əsəbiləşir. Onun Vladimir Putinlə aparılan müsbət telefon danışıqları real nəticə vermir”.
Qeyd edək ki, iyulun 14-də Tramp Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib. O bildirib ki, Moskvadan çox narazıdır.“50 gün ərzində döyüşlər dayanmasa, ABŞ Rusiya və onun tərəfdaşlarına 100 faiz ikinci dərəcəli rüsumlar tətbiq edəcək”, – deyə Ağ Ev lideri vurğulayıb.